Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub
Tbilisi, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi, dünya azərbaycanlılarının birliyinin əsasını qoyan tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin rəhbərli Nəriman Qurbanov, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Abidənin yerləşdiyi Heydər Əliyev Parkında istirahət edən turistlərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ətraflı məlumat verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi