Əcnəbi tələbələr üçün “İçərişəhər” turu təşkil olunmuşdur
Bakı, 25 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, ölkəmizdə Avropa Tələbələr Forumunun (AEGEE) Bakı və Sumqayıt şəhərlərindəki nümayəndəlikləri tərəfindən “Odlar yurdu Azərbaycan - yay universiteti” layihəsinə həsr olunmuş tədbirlər keçirilməkdədir.
AZƏRTAC xəbər verir ki, layihənin iştirakçıları üçün “İçərişəhər” turu təşkil olunmuşdur.
Elektromobillə gəzinti zamanı tələbələrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində təşkil olunan təlimlərdə Yunanıstan, Böyük Britaniya, Serbiya, Avstriya, Çexiya, İspaniya, Polşa, Ukrayna, Rusiya, Macarıstan, Hollandiya və Türkiyədən olan 20-dən çox tələbə iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]