Əli Kopuz: Prezident İlham Əliyevin Rizeyə təşrif buyurması bizi son dərəcə qürurlandırdı
Rize, 17 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ali qonaq kimi Rizeyə təşrif buyurub dövlət başçımız Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsindən çox qürurlandıq. Bu təşrif gerçəkdən də əsl qardaşlığın bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Ticarət Birjasının sədri Əli Kopuz ifadə edib.
Son vaxtlar Rizenin iqtisadi inkişafına böyük məbləğdə sərmayələr cəlb edildiyini diqqətə çatdıran Əli Kopuz əminliklə deyib ki, Rize-Artvin Hava Limanı bütövlükdə Anadolunun Qara dəniz bölgəsinə yetərincə faydalar gətirəcək.
İstanbul Ticarət Birjasının sədri deyib: “Azərbaycan canımızın bir parçasıdır. İnşallah ki, Rize-Artvin Hava Limanı Türkiyə qədər Azərbaycan üçün də faydalı olar. Bölgəmizə gediş-gəlişin artması böyük bir coğrafiya üçün səmərəli nəticələr verəcəkdir. Əhalinin rifahının yüksəlişi Türkiyə dövlətinin ana hədəfidir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Rize
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]