Gəncəyə gələn xarici turistlərin sayında artım müşahidə olunur
Gəncə, 29 iyul (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yay mövsümü başlayandan Gəncəyə gələn turistlərin sayında artım müşahidə olunur.
Bunun başlıca səbəblərindən birinin şəhərin gündən-günə gözəlləşməsi ilə yanaşı, istirahət ocaqlarında qiymətlərin aşağı düşməsi olduğunu bildirən Gəncə Regional Turizm İnformasiya mərkəzinin direktoru Cumalı Rəhimov qeyd etmişdir ki, Gəncə və ətraf ərazilərdə müalicəvi obyektlər olmadığından turistlərin əksəriyyəti bu bölgəyə istirahət, eləcə də tarixi və dini abidələri ziyarət etmək məqsədi ilə gəlir. Gələn qonaqların əksəriyyəti dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmək arzusunda olduqlarını bildirirlər. Sevindirici haldır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgəyə gələn turistlərin sayında artım müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]