Konstantin Razvozov: Azərbaycan xalqını demokratiya bayramı münasibətilə təbrik edirəm
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan xalqını demokratiya bayramı münasibətilə təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozov bildirib.
Konstantin Razvozov müşahidə apardıqları 15 məntəqədə səsvermə prosesinin qanunauyğun şəkildə keçdiyinin şahidi olduqlarını qeyd edərək deyib: “Seçicilərin öz səsvermə hüquqlarından sərbəst şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılmışdı. Məntəqələrdəki veb-kameralar bizi yaxşı mənada təəccübləndirdi. Burada səsvermə prosesini canlı izləmək mümkün idi. Azərbaycanın seçki təcrübəsi daha da təkmilləşib. Seçici fəallığı yüksək səviyyədə idi. Bu seçkilər digər ölkələr üçün nümunə ola bilər”.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak isə ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini izlədiyini vurğulayıb. O, Azərbaycanda bu sahədə böyük irəliləyişin olduğunu qeyd edərək deyib: “İlk dəqiqələrdən seçki məntəqələrində seçici fəallığı müşahidə olunurdu. Seçkilərlə bağlı heç bir qanun pozuntusuna rast gəlmədik”.