Necdet Ünüvar: Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu VİDEO
Bakı, 12 aprel, AZƏRTAC
Dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu.
AZƏRTAC xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib.
Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N.Ünüvar diqqətə çatdırıb ki, səsvermə zamanı hər hansı problem yaşanmayıb. O deyib: “Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik və Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq”.