Özbəkistanda “İpək yolunda turizm” adlı XVIII Beynəlxalq Daşkənd Turizm Sərgisi açılacaqdır
Bakı, 26 avqust (AZƏRTAC). Oktyabrın 31-dən noyabrın 2-dək Özbəkistanda “Uzbekturizm” milli şirkəti və bu şirkətin nəzdində fəaliyyət göstərən “Böyük İpək Yolu” reklam agentliyinin təşkilatçılığı ilə “İpək yolunda turizm” adlı XVIII Beynəlxalq Daşkənd turizm sərgisi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə iştirak etmək istəyən Azərbaycan turizm şirkətlərinin təmsilçiləri tədbirin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər.
Sərginin məqsədi müxtəlif növ turizm xidmətləri göstərən şirkətlər arasında əlaqələri inkişaf etdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]