Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının növbəti iclası keçirilib
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda YAP Təftiş Komissiyasının 2022-ci il üçün İş Planının təsdiqi müzakirə olunacaq, cari məsələlərə baxılacaq.
İclasda YAP Təftiş Komissiyasının üzvləri - Aydın Hüseynov, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Səməd Seyidov, Musa Musayev, Cavanşir Paşazadə və Elman Nəsirov İş Planına münasibət bildiriblər.
Sonda YAP Təftiş Komissiyasının 2022-ci il üçün İş Planı təsdiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]