Amerika Məktəb Məsləhətçiləri Assosiasiyasının prezidenti Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 4 oktyabr (AZƏRTAC). ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə ölkəmizə gələn Amerika Məktəb Məsləhətçiləri Assosiasiyasının (ASCA) prezidenti xanım Şeron Sevyer Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, ASCA-nın prezidenti “Amerikalı natiqlər silsiləsi” adlı proqrama uyğun “karyera tədqiqatı və məsləhəti” üzrə interaktiv təqdimatla çıxış etmişdir.
Ş.Sevyer təhsil və mədəni tədbirlərə dair müvafiq proqramların işlənib hazırlanması istiqamətində ATİ kollektivi ilə faydalı əməkdaşlığa əminliyini vurğulamış, əməkdaşların suallarını cavablandırmışdır.
Səfər çərçivəsində Ş.Sevyer müxtəlif rayon, eləcə də bir sıra təhsil müəssisələrində karyera tədqiqatı və məsləhəti üzrə təqdimatlar keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]