Azərbaycan Parisdə keçirilən “Top Resa 2012” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunur
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Fransanın paytaxtı Parisdə "Top Resa 2012" Beynəlxalq turizm sərgisi açılmışdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 21-də başa çatacaq bu mötəbər sərgidə dünyanın bir çox ölkələrindən nüfuzlu turizm şirkətləri iştirak edirlər.
Beynəlxalq sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, həmçinin "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC" və "SW travel" şirkətləri ilə təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 71,25 kvadratmetr sahədə pavilyon quraşdırılmış, eyni zamanda burada "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılmışdır.
Beynəlxalq sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və fransız dillərində Azərbaycanın turizm imkanlarından bəhs edən müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanılır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2009-cu ildən başlayaraq artıq dördüncü dəfədir ki, "Top Resa" Beynəlxalq turizm sərgisində iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]