Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı Türkiyədə mühazirə oxuyub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədqiqat bölməsinin rəhbəri, kimya elmləri namizədi Qahirə Məmmədova “ERASMUS+” proqramının akademik heyətinin mobilliyi” layihəsi çərçivəsində Türkiyənin Orta Doğu Texnik Universitetində (ODTU) olub.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, Q.Məmmədova ODTU-nun qida mühəndisliyi fakültəsinin magistrant və doktorantlarına “Azərbaycanda qida sənayesi: tarixi və bu günü”, bakalavr pilləsində təhsil alan tələbələrə isə “Süd məhsulları və onların kimyəvi xassələri”, “Süd və süd məhsullarının qorunma metodları”, “Dünyada təbii süd məhsullarının təhlükəsizliyi” mövzularında mühazirələr oxuyub.
Q.Məmmədovanın ODTU-nun qida mühəndisliyi fakültəsinin akademik heyəti ilə görüşü zamanı müvafiq ixtisaslar üzrə əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]