Azərbaycanda turizm sahəsində daha bir beynəlxalq layihə həyata keçiriləcəkdir
Bakı, 30 iyul (AZƏRTAC). Avropa İttifaqının (Aİ) Bakı ofisində Aİ-nin maliyyə dəstəyi ilə təşkil olunmuş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin potensialının gücləndirilməsi"nə dair Tvinninq layihəsinə maraq göstərən ölkələrin turizm qurumlarının təqdimatları keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqdimat zamanı Avstriya-Litva, Almaniya-Estoniya, İtaliya və İspaniya-Yunanıstan öz layihə təkliflərini təqdim etmişlər.
Təhlil və müvafiq məsləhətləşmələrdən sonra Avstriya və Litvanın birgə layihə təklifi ən yüksək qiymətlər topladığından müsabiqənin qalibi elan edilmiş və iyulun 27-də müsabiqənin rəsmi nəticələri bütün iştirakçılara çatdırılmışdır.
Müqavilənin cari ilin sonunadək tam hazırlanması və 2013-cü ilin yanvarında layihənin həyata keçirilməsinə başlanılması nəzərdə tutulmuşdur. İcra müddəti 15-18 ay olan, büdcəsi 900 min avro məbləğində nəzərdə tutulmuş layihə tam şəkildə Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]