Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın aparıcı turizm ölkələrindən birinə çevrilməsi istiqamətində mühüm addımlar atılır

Bakı, 27 sentyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, sentyabrın 26-da Avstriyanın paytaxtı Vyanada “Qafqaz və Mərkəzi Asiya - Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi” mövzusunda Nazirlər Konfransı keçirilmişdir.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda çıxış edən Əbülfəs Qarayev ölkəmizdə turizm sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizm sektorunun inkişafına xüsusi diqqət göstərdiyini iclas iştirakçılarının nəzərinə çatdıran Əbülfəs Qarayev qeyd etmişdir ki, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbulu, bu sahədə kiçik və orta sahibkarlığın təşviqi, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir çox mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Turizm Təşkilatı (DTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi inkişaf naminə təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurmuş, bu sahədə həyata keçirilən beynəlxalq proqramlara fəal surətdə qoşulmuşdur. Bunun nəticəsi olaraq Azərbaycan 30-a yaxın ölkə ilə turizm sahəsində əməkdaşlığa dair saziş imzalamış, ölkəmizin turizm potensialının beynəlxalq arenada tanınmasında mühüm irəliləyişə nail olmuş, iştirak etdiyimiz beynəlxalq turizm sərgilərinin sayı artmış və coğrafiyası genişlənmişdir.

Ə.Qarayev məlumat vermişdir ki, son 5 ildə Azərbaycan London, Paris, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak etmiş, respublikamızın turizm potensialı 70-ə yaxın beynəlxalq sərgidə nümayiş etdirilmişdir. 2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. Bunların sırasına “CNN”, “Euronews”, “National Geographic”, “Travel Channel”, “BBC” və “CNBC” kimi nüfuzlu televiziya kanalları daxildir.

Nazir hər il Bakı şəhərində ənənəvi “AİTF” Beynəlxalq turizm və səyahətlər sərgisinin keçirildiyini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası genişlənir, turizm şirkətlərinin sayı ildən-ilə artır. 2012-ci ildə iştirakçı ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatmışdır.

Əbülfəs Qarayev çıxışında ölkəmizdə turizm və xidmət sahəsində fəaliyyət göstərən qurumlar barədə də danışmışdır. Qeyd olunmuşdur ki, mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi və səmərəli idarəetmə sisteminin təşkili məqsədi ilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 2008-ci ildə isə turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması, turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə Azərbaycan Turizm Assosiasiyası yaradılmışdır. 2010-cu ildən turizm sahəsində özəl sektorun işinin səmərəli təşkili məqsədi ilə sözügedən iki qurum birləşərək AZTA adı altında fəaliyyət göstərməkdədir.

Çıxışda, həmçinin vurğulanmışdır ki, Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm növlərinin inkişaf etdirilməsi məqsədi ilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşa olunmasıdır. Kompleksin tikintisi başa çatdıqdan sonra hər gün 10.000 turistin qəbulu təmin ediləcək, 5000-ə yaxın iş yerinin təşkilinə imkan yaranacaqdır. Ölkə başçısının bölgəyə mütəmadi baş çəkərək kompleksin tikinti prosesi ilə yaxından maraqlanması bu layihəyə dövlət qayğısının bariz sübutu kimi qiymətləndirilməlidir.

Nazir ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin başqa bir məntiqi nəticəsi kimi 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, il ərzində həyata keçirilən tədbirlər respublikada turizmin daha da inkişaf etdirilməsinə mühüm töhfə vermiş, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasında mühüm rol oynamışdır.

Qeyd olunmuşdur ki, turizm sektorunda görülən işlər ölkədə turist axınına da müsbət təsir edir. Ötən il Azərbaycana gələn əcnəbilərin sayı ilk dəfə 2 milyonu aşmış, ölkəmiz 2 milyon 239 min qonaq qəbul etmişdir. Bu, 2010-cu ilin göstəricisinə nisbətən 14 faiz çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artmışdır. Onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Əgər beş il bundan əvvəl ölkədə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idisə, təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilmişdir. Hazırda isə ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.

Digər ölkələrin nümayəndələrinin çıxışından sonra müzakirələr konfrans-debatlar şəklində davam etdirilmişdir.

Vyanaya səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlener ilə görüşmüşdür.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilmişdir.

Əbülfəs Qarayev bildirmişdir ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur və Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını və bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırmışdır.

Avstriyalı nazir isə öz növbəsində Azərbaycan ilə turizm sahəsində əlaqələrin inkişafının vacibliyini qeyd edərək bu sahədə intensiv görüşlərin əhəmiyyətini vurğulamışdır.

Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunmuşdur.

Mədəniyyət və turizm naziri səfər çərçivəsində, həmçinin “Atlantis” şirkəti və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri ilə görüşlər keçirmiş, “Circle Diplomacy” jurnalına müsahibə vermişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb