Gəncədə “Kreativliyindən istifadə edərək şəhərini tanı!” layihəsinin icrasına başlanılmışdır
Gəncə, 19 sentyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun və “Gənc liderlər” təhsil, təlim və inkişaf İctimai Birliyinin maliyyə dəstəyi ilə Gəncədə “Kreativliyindən istifadə edərək şəhərini tanı!” layihəsinin icrasına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, qərb regionunda gənclərin vətənpərvərlik ruhunda daha fəal və kreativ rol oynaması, onların müasir texnologiyalardan istifadə etmə bacarıqlarının artırılması, regionlarda yaradıcı çevrə və mühitin yaradılması, regionlarda turizm sektorunun inkişafı, həmçinin təkcə paytaxt Bakının deyil, digər şəhərlərin də tanıdılması məqsədilə həyata keçirilən layihə çərçivəsində gənclərə bölgələri əks etdirən videosüjetlərin hazırlanması və fotoşəkillərin çəkilməsi barədə təlimlər keçiriləcəkdir.
Region gənclərinin layihə haqqında məlumatlandırılması və layihəyə cəlb edilməsi üçün internet saytının yaradılması da nəzərdə tutulmuşdur. Hazırlanacaq videoçarxlar və fotoşəkillər sosial şəbəkədə yayımlanmaqla ən çox bəyənilmiş iş seçilərək mükafatlandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]