Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Marie Claire” jurnalının baş redaktoru: Azərbaycan hətta Birləşmiş Ərəb Əmirliklərini geridə qoyur

“Marie Claire” jurnalının baş redaktoru: Azərbaycan hətta Birləşmiş Ərəb Əmirliklərini geridə qoyur

Moskva, 29 aprel, AZƏRTAC

Fransanın “Marie Claire” jurnalının Rusiya nəşrinin baş redaktoru Anna Buraşova “Bakıya şopinqə gedirik” sərlövhəli məqaləsində tarixi və ənənələri ilə tanış olmaq üçün Azərbaycana getməsindən, oradan bir çamadan dəbli şey-şüy gətirməsindən və çox münasib qiymətlərlə şopinq marafonunu davam etdirmək üçün ora qayıtmaq arzusundan danışıb. AZƏRTAC bəzi ixtisarlarla həmin məqaləni təqdim edir.

X X X

A.Buraşova yazır: “Mən bu məqaləni isti rənglərə bürünmüş işıqlı Heydər Əliyev Aeroportunda yazıram. Mən Bakıdan gedirəm. Burada üç qayğısız gün keçirmişəm. Mən Sovet İttifaqında dünyaya gəlmişəm. İstəsən də, istəməsən də o dövrün qalıqlarını, çox yaxşı qonşulara hələ də sovet dövrünün gözü ilə baxmaq hissini ağlından çıxara bilmirsən. Əlbəttə, müasir aeroportda yerə enəndə, hətta yerüstü texniki xidmət əməkdaşları tərəfindən gülərüzlə qarşılananda (mən bunu getdiyim üç əsas məkanda - Parisdə, Milanda və Vyanada (əlbəttə, elə Moskvanın özündə də) heç vaxt müşahidə etməmişəm) bütün bu cəfəng fikirlər tamamilə yox olur. 

Azərbaycanın paytaxtına səhər saat dörddə gəldim. Enəndə təyyarə küləyin təsiri ilə çox atıb-tutur, silkələyirdi (yeri gəlmişkən, çoxmərtəbəli otellərə üstünlük verirsinizsə, özünüzlə beruşi götürün: o, yuxusu həssas olanların doyunca yatmasına kömək edir, yoxsa küləyin səsi altında meditasiya etməli olacaqsınız).

Gözlərinə Şərq xanımları kimi qara qələm çəkmiş qız səfərimizin məqsədini elə adi və gümrah şəkildə soruşdu ki, sanki onunla gündüz saat dörddə görüşürdük və “Bakı Şopinq Festivalına gəlmişik” sözlərini eşidəndə maraqla gülümsədi.

Otelə gedən şəhər yolu ideal təmiz idi. Yola sürücüdən ingilis dilində mini-ekskursiya daxil idi: “Baxın, bu, Zaha Hadidin yaratdığı həmin binadır, orada Heydər Əliyev Mərkəzi yerləşir, must-have - nəhəng ilbizlər təsvir olunmuş foto və I LOVE BAKU. Bu, Xalça Muzeyidir: 14 min eksponatı var, onların ən qədimi XVII əsrə aiddir, Təbriz məktəbidir, görmək lazımdır! Eramızın ilk əsrlərinə aid Qız qalası, onun yanındakı daşların üstündə otursan, mütləq dövlət və ailə səadəti taparsan...” Mənə elə gəldi ki, bələdçi kitabçalarında barəsində oxuduğum yerlərin yarısını artıq vizuallaşdırdım. Şəhər üzərində qanad çalan, “Flame Towers” göydələnləri triosunu yaradan “Fairmont” otelinin mənzərəsi Xəzərə açılan nömrəsində küləyin sədaları altında elə bu fikirlə yuxuya getdim.

Səhərimə şopinqlə başladım. Daha doğrusu, “Port Baku Mall” ticarət mərkəzində yerləşən “La Duree”də səhər yeməyi ilə. Ticarət məkanlarının çoxu kimi, bu mərkəz də Neftçilər prospektində, Xəzər dənizinin sahilində yerləşir.

Mayın 10-a qədər davam edəcək “Baku Shopping Fest” günlərində burada, eləcə də başqa yerlərdə 30 faizə qədər əlavə güzəştli qiymətlər var. “Tax free” də öz yerində. Yəni satın alınan malın qiyməti 300 manatdan, yəni 10 min rubldan çoxdursa həmin məbləğin 18 faizi qədər ƏDV alıcıya geri qaytarılır (yeri gəlmişkən, festival sayəsində “tax free”ni bilavasitə ticarət mərkəzində almaq olar - rahatdır!). Bayerlər can-başla işləyirlər, seçim ruhlandırır. Hiss edirəm ki, Bakıya gələndə yarıya qədər dolu olan çamadanım, geriyə artıq çəki ilə uçacaq.

Amma ağlıma yerli dizaynerlərlə tanış olmaq və onların işlərindən nə isə seçmək ideyası gəldi. Buna görə də “One” butikinə gedirəm. Burada “Sababi” brendindən sarafan seçdim. Düzünə qalsa, əynimə çox paltar ölçürəm, amma bu sarafanın üzərində dayanıram: o, zəmanəmiz üçün ağlasığmaz cəsarətli və dəbli tərzi ilə xoşuma gəlir.

Əsl karvansarada nahar yeməyi. Burada belə karvansaraların sayı az deyil. Masanın arxasına keçəndə altı əsr bundan əvvəl yerli sakinlərin bax indi mənim kimi burada oturub inanılmaz ləzzətlər aləmindən necə həzz aldıqlarını təsəvvür etməyə çalışıram. Azərbaycanda süfrəyə toplaşmaq ənənədir. Sizə qutabın, sonra dolmanın, yanında da turşuya qoyulmuş gavalının, beş növ kababın, Moskvada axtara-axtara qaldığımız Bakı tərəvəzinin və daha nələrin dadına baxmağı təklif etsələr, imtina etməyi ağlınıza da gətirməyin. Yeməklərə etinasız yanaşmaq olmaz, heç olmazsa, dadına baxın, ən yaxşısı isə pəhrizi, fitnesi və çimərlik mövsümünü unudaraq yeyin: bununla ev sahiblərinin könlünü xoş edərsiniz, təpənin üzərində ucalan şəhərdə gəzinti isə hər şeyi kompensasiya edər.

Bakıdan yerli çərəz - iki növ qaysı, alça, üzüm, əncir qurusu və bir də sumax (barbaris) gətirməsəydim, mən olmazdım. İndi sumaxı yeməklərimin çoxuna əlavə edirəm. Onun turşməzə dadı mənə çox gözəl bir şəhərə parlaq səyahətimi xatırladır.

Azərbaycan çox müasirdir və haradasa hətta Birləşmiş Ərəb Əmirliklərini geridə qoyur. Amma burada əvvəlki kimi adət-ənənələrə böyük hörmətlə yanaşırlar.

Şəhərdə təkbaşına gəzməyi sevirəm. Təhlükəsizliyi ilə məşhur olan Bakı bu baxımdan əsl mənim yerimdir. Hətta axşam saatlarında dəbdə olan “Paris“ bistrosundan (yaxud indi bir o qədər də dəbdə olmayan, amma əvvəlki kimi ləzzətli yeməklər təklif edən Çinardan) təkbaşına geri qayıdanda ikimənalı baxışlara rast gəlmirsən.

Qadına Şərqsayağı münasibət, qadının özünə münasibəti heyran qoyur. Bu, müasir bakılı xanımların dəbli və gözəl geyim və aksessuarlar sevməsinə, trendləri izləməsinə, şopinqdən həzz almasına mane olmur. Yeri gəlmişkən, mükafatlı şopinqin ənənəvi modeli: ana və qızı multibrendli şopinq mərkəzində, məsələn, “Baku”da, yaxud “Scallini”də bir neçə saat vaxt keçirir, həm pal-paltar seçir, həm də nahar edirlər.

Bəs nə? Bu, həm ideya, həm də ünsiyyət üçün əlavə vaxtdır! Bəlkə də şopinq festivalının cədvəlinə baxmağa və may bayramları üçün Azərbaycana vizasız səfər etməyə, yaxud artıq elə indi uzunmüddətli payız uik-endi planlaşdırmağa dəyər, axı “Baku Shopping Fest” bundan sonra ildə iki dəfə keçiriləcək vacib tədbir olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb