Milli Turizm Təbliğat Bürosundan kiçik və orta sahibkarlığa dəstək olacaq yeni layihə
Bakı, 1 may, AZƏRTAC
Milli Turizm Təbliğat Bürosu Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərində şəhərimizə gələn qonaqlara göstərilən xidmət səviyyəsinin və turist məmnunluğunun artırılması, eləcə də, kiçik və orta sahibkarlığa dəstək məqsədilə monitorinq və təlim proqramını həyata keçirir.
Turizm Təbliğat Bürosundan AZƏRTAC-a bildirilib ki, xidmətlər ödənişsiz əsasla göstərilir və nəticələr yalnız iaşə obyektlərinin sahibləri və menecerlərinə təqdim olunur.
Layihədə iştirak etmək üçün bu tələblərə - “İaşə obyekti kiçik və orta biznes kateqoriyasına aid olmalıdır”, “İaşə obyekti turistləri cəlb etmək potensialına malik olmalıdır”, “İaşə obyektlərinin sahibləri yenilikləri dəstəkləməli və xidmət səviyyəsinin artırılması arzusunda olmalıdırlar” cavab vermək zəruridir. Layihədə iştirak ərizəsini doldurmaq üçün linkindən istifadə edilməlidir. Layihəyə qoşulmaq istəyənlər mayın 10-dək müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]