“Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçiriləcəkdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin və “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ölkədaxili turizmin inkişafı” layihəsinin icrasına başlanılmasına həsr olunmuş mərasim keçiriləcəkdir.
Bu layihənin reallaşdırılmasının başlıca məqsədi Azərbaycanın mədəni irsinin qorunması, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadi inkişafı, sülh və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində təbliğat işlərinin aparılmasıdır.
Dünya Azərbaycanlı Gənclər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə “Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçiriləcəkdir.
Ənənəvi olaraq hər il qeyd edilən 27 sentyabr-Ümumdünya Turizm Gününə həsr olunan təqdimat mərasimində bir çox dövlət qurumlarının, özəl, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]