Sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsir göstərib
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” adlı seminarda deyib.
“Körfəz ölkələri, eləcə də Çin, Koreya Respublikası, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin əksəriyyətindən Azərbaycan gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib”, deyə M. Qəhrəmanov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]